11 C
Baku
Monday, November 25, 2024

Bir gecədə dünya iqtisadiyyatına təsir edən hadisə

1973-ci ilin iyul ayının cümə günündə Çikaqo aeroportunda 28 yaşlı çox tərs bir iş adamı öz reysini gözləyirdi. Həmin şəxsin adı Fred Smit idi və o, investorlarla növbəti uğursuz danışıqdan sonra öz evinə qayıdırdı. Bu dəfə Fred Smitə məşhur hərbi və aero kosmik istehsalçısı General Dynamics şirkətinin təmsilçiləri kredit verməyə imtina etmişdilər. 

Smitin bank hesabında cəmi beş min dollar pulu qalmışdı. Fred Smit gözləmə otağında oturaraq öz müəssisəsinin aqibəti haqqında fikirləşirdi. Smitin gənc şirkətində cəmi səkkiz reaktiv təyyarə var idi.

Onların gələn həftə uçmaları üçün Smit üç gün ərzində aviasiya yanacağının pulunu ödəməli idi. 24 min dollar məbləğində ödənilməmiş bir hesab onun bütün biznesini məhv edə bilərdi.

Fred Smit evə boş əllərlə qayıtmağı heç düşünmürdü. Memfiksa uçmaq əvəzinə o, Las – Veqasa uçurdu.
İstirahət günlərini ərzində Smit blek- cek oynayırdı və 27 min dollar pul udmuşdu. Beləliklə, bank hesabındakı 5 min dollarla birlikdə Smitin artıq 32 min dollar pulu var idi.
Altı aydan sonra Smitin şirkətinin təyyarələri ölkənin iyirmi beş şəhərində uçurdular. Bugünkü gündə Smitin şirkəti bütün dünyaya FedEx şirkəti kimi məşhurdur.

FedEx şirkətinin əməkdaşlarına müflisləşmək astanasında olan şirkətin möcüzəvi şəkildə xilas olunması maraqlı təsir bağışlamışdı.

İlk növbədə, bu hadisə onların işlərində motivasiyalarını yüksəltdi.

Həmçinin əməkdaşlar ümumi işin inkişafı üçün Fred Smit kimi hərəkət edərək özləri riskli qərarlar qəbul edirdilər. Məsələn, pilotlardan biri aerodrom haqqlarının ödənilməməsini öyrəndikdə öz kredit kartından haqqları ödəmişdi.

Şirkətin gənc olduğu və çətinlik yaşadığı dövrlərdə əməkdaşlar öz əmək haqqlarını tələb etməməyə razı olmuşdular.

Qısa bir zamandan sonra FedEx şirkətin korporativ mədəniyyəti  bu cür formalaşmışdır: hər bir əməkdaş uğur qazanacığına ümid edərək riskə getməyə hazırdır.

Son xəbərlər
Digər xəbərlər