1 C
Baku
Saturday, December 14, 2024

“AzerGold”ötən il 10,5 mln. manat vergi ödəyib

Hazırda “AzerGold” QSC “Çovdar” yatağında hasilat işlərini uğurla davam etdirir.

Şirkətdən verilən məlumata görə, bu yatağın uğurlu istismarı nəticəsində 319 daimi iş yeri açılıb, 2018-ci il üzrə 10 523 220 manat həcmində vergi ödənilib.

Məlumata görə, bu il “Çovdar” yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədinin yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, “Filizçay” yatağında, “Ağyoxuş” və “Tülallar” qızıl təzahürləri sahələrində, “Ortakənd-Xanağa” sahəsində buruq-qazma və müvafiq tədqiqat işlərinin aparılması prioritet vəzifələr arasındadır.

Bildirilib ki, Cəmiyyət tərəfindən icrası nəzərdə tutulan işlər qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, dağ-mədən sahəsinin uzunmüddətli kompleks inkişafı üçün münbit şərait yaradacaq.

©Report

Son xəbərlər
Digər xəbərlər