10 C
Baku
Thursday, December 12, 2024

Deputat: Müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək

Deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.

Banker.az xəbər verir ki, o, çıxışında vurğulayıb ki, bu qanun 2016-cı ildən tətbiq edilməyə başlanılıb.

“Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”, – deyə deputat bildirib.

©Oxu.Az

Son xəbərlər
Digər xəbərlər