ABŞ-ın “Apple” şirkəti səsli və videozənglər üçün “FaceTime” proqramında kənar şəxsə başqalarının danışığına qulaq asmağa imkan verən boşluğu aradan qaldırıb.
“Iz.ru” saytına istinadən, müvafiq yeniləmə gələn həftə istifadəçilər üçün əlçatan olacaq. Şirkətin nümayəndələri, həmçinin “Apple” cihazlarından istifadə edən istifadəçilərə bu barədə məlumat verdikləri üçün təşəkkür edib, bundan başqa, sözügedən boşluq nəticəsində zərər dəymiş şəxslərdən üzr istəyib.
Şirkət nümayəndələri, həmçinin bildiriblər ki, şirkət səhv haqqında xəbər tutan kimi, dərhal “FaceTime”də qrup zəngləri funksiyasını deaktiv edib və problemin həlli ilə məşğul olub.