2018-ci ildə əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 10,8% – 8 mlrd. 375,4 mln. manatadək artıb. Banler.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat ilində əhalinin xarici valyutada əmanətləri 4,1% – 5 mlrd. 233,2 mln. manatadək və ya bütün əmanətlərin 62,5%-i səviyyəsində artıb (2017-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 66,5% təşkil edib).
2018-ci ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 24,1% – 3 mlrd. 142,2 mln. manatadək (bütün əmanətlərin 37,5%-i) artıb.
31 dekabr 2018-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 611,6 mln. manat, qeyri-rezidentlərin – 763,8 mln. manat təşkil edir. 2018-ci ildə rezidentlərin əmanətlərinin həcmi 11,7%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,5% artıb.
2019-cu il yanvarın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 870,4 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 6,2% çoxdur