2 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən böyük pensiya fondu 136 mlrd. dollar itirib

2018-ci ilin sonunadək Yaponiya hökumətinin pensiya investisiya fondu (GPIF) 14,8 trilyon yen (136 milyard dollar) itirib.

Banker.az xəbər verir ki, bu haqda GPIF hesabatına istinadən Bloomberg yazır.

Beləliklə, 31 dekabr 2018-ci il tarixində fondun aktivlərində  150,7 trilyon yen (1,38 trilyon dollar), eyni ilin sentyabr ayında isə 165,6 trilyon yen (1,52 trilyon dollar) olub.

NLI Tədqiqat İnstitutundan mütəxəssisi olan Şindo İde hesab edir ki, GPIF-in uzunmüddətli göstəriciləri rüb göstəricilərindən daha vacibdir. SMBC Nikko Securities analitiki Hidenori Suevaz, pensiya fonduna olan təhlükənin investisiya bazarına təsir edən geosiyasi hadisələrə bağlı olduğuna əmindir.

Bloomberg qeyd edir ki, xarici istiqrazlar GPIF aktivlərinin 17,4% -ni, xarici səhmlər isə 24,3%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər