16 C
Baku
Friday, November 22, 2024

Böyük Britaniyanın Bakıdakı səfirliyinə VAKANSİYALAR

1. TİBBİ SIĞORTA

Böyük Britaniya Səfirliyi tibbi sığorta xidmətləri üzrə təchizatçı şirkət axtarır.

Təkliflərin son günü 22 fevral 2019-cu ildir.

Təchizatçı şirkətlər yuxarıda qeyd olunan sahəyə qiymət təklifini verərkən həmçinin müxtəlif broşurlar, kataloqlar və sair sənədləri təqdim edə bilərlər. Təchizatçı seçilərkən əsas kriteria ümumi təklif, xidmətin keyfiyyəti və pulun səmərəli xərclənməsi olacaqdır. Seçilən təchizatçı şirkətlə müqavilə bir illik bağlanacaq. Tərəflərin razılığı ilə müqavilənin müddəti uzadıla bilər.

Təklif aşağıdakılardan ibarət olmalıdır:

a. İşçilər üçün Standart Könüllü Tibbi Sığortanın hər işçi üçün qiymət təklifi.
b. İşçi heyətinin bir ailə üzvünə 100% və 80%-lik tibbi sığorta üçün ayrıca qiymət təklifi. Xahiş edirik ki, adam başına İllik Premium Sığortanın haqqını göstərəsiniz.
c. Sığortalanacaq nəfərlərin sayı təqribən 35 qadın və 25 kişi, 01-65 yaş arası olmaqla.
d. Xahiş edirik ki, hazırkı müştərilərinizin siyahısını və eləcə də, əlaqə saxlamaq üçün ən azı iki müştərinin məlumatını bizə təqdim edəsiniz.

Ümumi məlumat:

Bütün təchizatçı şirkətlər ödənişin Azərbaycan Manatı, bank köçürmə yolu ilə aparılmasını qəbul etməlidirlər. Səfirlik, hesab təqdim edilən gündən 30 gün ərzində ödəniş aparır, avans ödənişlər mümkün deyil. Təkliflərinizi yazılı surətdə Xəqani küçəsi 45A, Britaniya Səfirliyinin Korporativ Xidmətlər üzrə Menecerinə təqdim etməyiniz xahiş olunur. Təklifinizin lazımı məlumatlar və müvafiq sənədlərlə birlikdə təqdim etməyiniz xahiş olunur. Bütün təkliflər yuxarıda qeyd olunan məlumata əsasən təqdim olunmalıdır, telefonda açıqlamanın verilməsi mümkün deyil.


2. Taksi xidmətlərinin təhcizatı

Böyük Britaniya Səfirliyi taksi xidmətləri üzrə təchizatçı şirkət axtarır.

Təkliflərin son günü 21 fevral 2019-ci ildir.

Təchizatçı şirkətlər yuxarıda qeyd olunan sahəyə qiymət təklifini verərkən həmçinin müxtəlif broşurlar və sair sənədləri təqdim edə bilərlər. Təchizatçı seçilərkən əsas kriteria ümumi təklif, xidmətin keyfiyyəti və pulun səmərəli xərclənməsi olacaqdır. Seçilən təchizatçı şirkət Səfirliyin üstünlük verdiyi taksi şirkəti olacaqdır. Müqavilə bir və ya iki illik olmaqla bağlana bilər.

Təklif aşağıdakılardan ibarət olmalıdır:

a) Aşağıda sadalanan üçün standart qiymət təklifi
 hər kilometr/zona üçün
 hava limanına gediş/gəliş
 gözləmə vaxtı

b)  mövcud olan maşın qarajı haqqinda məlumat (model, istehsal tarixi, oturacaq kəmərləri, hava yastıqları ve s.)
c) 24 saat aktiv telefon həttinin mövcudluğu
d) kartla ödəniş etmək üçün pos terminalın mövcud olması
e) hazırkı müştərilərinizin siyahısını və eləcə də, əlaqə saxlamaq üçün ən azı üç müştərinin əlaqə məlumatını bizə təqdim etməyiniz xahiş olunur.

Ümumi məlumat:

Təkliflərinizi yazılı surətdə lazımı məlumatlar və müvafiq sənədlərlə birlikdə Xəqani küçəsi 45A, Britaniya Səfirliyinin Korporativ Xidmətlər üzrə Menecerinə təqdim etməyiniz xahiş olunur.

Bütün təkliflər yuxarıda qeyd olunan məlumata əsasən təqdim olunmalıdır, telefonda açıqlamanın verilməsi mümkün deyil.

Son xəbərlər
Digər xəbərlər