-1 C
Baku
Sunday, December 15, 2024

“Sony”nin səhmləri kəskin ucuzlaşıb

Yaponiyanın “Sony” şirkətinin səhmlərinin qiyməti 8,9% aşağı düşüb.

Banker.az Report-a agentliyinə istinadən xəbər verir ki, bu, son 3-4 il ərzində ən kəskin ucuzlaşmadır.

Qiymət azalmasına səbəb şirkətin rüblük maliyyə göstəricilərinin proqnozları doğrultmamasıdır.

Belə ki, 2018-2019-cu maliyyə ilinin III rübündə “Sony” proqnozlardan 100 mln. dollar çox – 3,4 mlrd. dollar əməliyyat mənfəəti əldə etsə də, onun ümumi dövriyyəsi 10% azalaraq 21,9 mlrd. dollara düşüb. Bundan başqa, rüb ərzində şirkətin oyun cihazlarının satışından mənfəəti 14% azalaraq 666 mln. dollar təşkil edib.

Son nəticədə “Sony” maliyyə ili üzrə mənfəət proqnozunu 79,4 mlrd. dollardan 77,6 mlrd. dollara endirib.

Son xəbərlər
Digər xəbərlər