“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə birbaşa aviareyslərə başlayacaq. Bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, aprelin 2-dən başlayaraq Almatıya həftədə iki dəfə birbaşa aviareyslər yerinə yetirəcək. Bu reyslə 1 tərəfə uçuşun qiyməti 260-310 manat arasında dəyişir.