8 C
Baku
Thursday, December 12, 2024

AMEA-da struktur islahatları aparılır, islahat paketi hazırlanır

“Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir”.

Bunu açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, hazırda akademiya islahatlar paketini hazırlayır: “Paketdə müxtəlif struktur dəyişikliyi olması nəzərdə tutulub”.

“Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunun birləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğrudurmu?” – sualına cavabında isə İ.Həbibbəyli hansı struktur dəyişikliyi olması barədə əvvəlcədən məlumat vermək istəmədiyini deyib.

Report

Son xəbərlər
Digər xəbərlər