Prezident İlham Əliyev fevralın 5-də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR qanununa dəyişiklikləri nəzərdə tutan fərman imzalayıb. Sənəd fəaliyyətdə olan məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatı prosedurlarının, şirkətin qanuni nümayəndələrinin dəyişdirilməsinin sadələşdirilməsinə yönəlib.
Yeni qaydalara əsasən, yenidən təşkilatlanma halları istisna edilməklə MMC-nin təsis sənədlərinə dəyişiklik edilərkən sənədlər həmçinin elektron qaydada təqdim edilə bilər. Qeydiyyat orqanı onları 3 gün ərzində qeydiyyata alır. Bu zaman elektron müraciət və sənədlərin skan edilmiş sürətləri gücləndirilmiş elektron imza ilə təsdiqlənməlidir.