10 C
Baku
Wednesday, December 11, 2024

Xaricdə təhsil alan azərbaycanlıların ödəmə sxemi dəyişdirildi

Təhsil haqqından başqa digər müddəalar da nəzərə alınacaq.

Azərbaycan Nazirlər Kabineti mart ayının 11-də qəbul etdikləri 78 nömrəli qərar ilə Dövlət Hesabına xaricdə təhsil alan azərbaycanlı gənclərin ödəmə qaydalarına dəyişiklik etdi.

Dəyişikliklərə əsasən təhsil, viza və ölkədə qeydiyyat olunma, yaşayış (yataqxana, qidalanma, yerli nəqliyyatdan istifadə, internet və telefon danışıqları daxil olmaqla) haqqı, tibbi sığorta, ildə bir dəfə vətənə gediş-gəliş xərci ödənəcək.

Bu zaman Böyük Britaniyada bakalavr pilləsində 8 ay, 12 ay magistrlər üçün, digər ölkələrdə isə müvafiq olaraq 9 və 10 ay ödəmə ediləcək. Aspirantlar və doktorantlar üçün 12 aylıq ödəmə ediləcək.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər