15 C
Baku
Tuesday, April 30, 2024

İpoteka krediti götürənlərin 51%-nin məvacibi 1100 manatdan yüksəkdir – TƏHLİL

2018-ci ildə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) xətti ilə 392 mln. manat həcmində ipoteka krediti verilib.

Bu barədə məlumat fondun saytında yerləşdirilib. Hesabat dövründə verilən ipoteka kreditlərinin 109 mln. manatını güzəştli, 283 mln. manatını adi ipoteka kreditləri təşkil edib. Bununla da 2006-cı ildən bu ilin yanvarın 1-dək Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,210 mlrd. manata çatıb.

e12deb93 f977 4066 ab7e e8175348af2a

Kreditlər üzrə təhlil

Ötən il Fond 243 mln. manatlıq ipoteka kreditini yenidən maliyyələşdirib.

2018-ci ildə AİKZF 3 960 ipoteka kreditini rəsmiləşdirib ki, bunun da 1 212-si güzəştli ipoteka krediti olub. Ümumiyyətlə, 2018-ci ilin yanvarın 1-nə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 037-yə çatıb. 2006-cı ildən indiyədək 7 450 ədəd güzəştli ipoteka krediti verilib.

65cbaf15 2d83 44a1 9bc5 e5b22dc5b4e2

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 50 mln. manat dövlət büdcəsi, 200 mln. manatı isə qiymətli kağızların payına düşüb.

985609e5 c0b7 4555 b663 988d5f418026

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron, Gəncə və Naxçıvanda yerləşir.

7c3ac52e feae 45b5 b5b9 2e6cf1c3a261

Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 24,3%-i Xətai, 16,8%-i Yasamal, 13,6%-i Binəqədi, 9,8%-i Nəsimi, 9,8%-i Nizami, 7%-i Nərimanov, 6,5%-i Suraxanı, 4,1%-i Sabunçu, 4%-i Səbail, 2,8%-i Qaradağ və 1,3%-i Xəzər rayonlarının payına düşür.

18e627c8 c84c 4ada 8681 59880e66ff67

Borcalanlar üzrə təhlil

Adi və güzəştli ipoteka krediti üzrə borcalanların 83%-ni kişilər, 17%-ni qadınlar təşkil edir.

ff60f6cd 77ef 40ea 9a7c fbd12da3478d

Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 50%-i evli, 50%-i subaydır.

3a92da7a 118e 46ed 9ed3 ffe974bb3ee8

Borcalanların 36%-i 18-29 yaş, 34%-i 30-35 yaş arasında, 30%-i isə 36 yaşdan uxarı olub.

7efeea8c ca04 4617 87e5 06dc7530de90

İpoteka krediti alanların 47%-i dövlət sektorunda, 53%-i özəl sektorda çalışır.

df53dc0c 7460 45af b0f1 967c46034db8

Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 21%-i hərbi, 20%-i bank və sığorta qurumlarında, 13%-i energetika, 9%-i hüquq-mühafizə xidmətləri, 4%-i yerli və xarici dövlət qurumu, 3%-i təhsil, 3% rabitə, hərəsi 2% olmaqla səhiyyə, nəqliyyat, tikinti, hərəsi 1% olmaqla sahibkarlıq fəaliyyəti və xidmət, eləcə də 19%-i digər sahələrin payına düşür.

8f00604f 671b 42ea a64b ed21b3602157

Güzəştli şərtlərlə ipoteka krediti alanların 73,7%-ni hərbi qulluqçular, 11,8%-ni dövlət qulluqçuları, 7,6%-ni məcburi köçkünlər, 6,9%-ni elmlər namizədləri, idmançılar, müəllimlər, şəhid ailələri və digərləri təşkil edib.

02bcd6ff 2f10 4651 8b10 8719fdf55278

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 51%-nin məvacibi 1 101 manatdan yüksəkdir. İpotekadan yararlananların 17%-nin maaşı 701900 manat, 16%-nin 901110012%-nin 5017004%-nin 500 manatdan aşağıdır.

8cc5cd76 c870 4a55 8238 d197b1df4e7c

İpoteka predmeti üzrə təhlil

İpoteka yolu ilə alınan mənzillərin 38%-nin qiyməti 60 00090 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 30%-nin dəyəri 30 00060 000 manat, 14%-nin 90 000120 000 manatdır, 17%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 1%-nin qiyməti 30 min manatdan aşağı olub.

e533b7ad 17bb 4f57 8ff0 fd3092642d82

Bu mənzillərin 30%-nin sahəsi 416029%-nin 618016%-nin 811007%-nin 101120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 5%-nin sahəsi 40 kvadratmetrdən azdır, 12%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

a2762bdd 07a1 41ad a309 74b8959f2fd1

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 93,6%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 6,4%-ni isə həyət evləri təşkil edir.

0de7bc09 c6ca 4dbe a45a 42dc1e989fe0

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər