15 C
Baku
Tuesday, April 30, 2024

‘Twitter’in reklamlardan gəliri kəskin artıb

Şirkət aylıq auditoriyanı bir daha açıqlamayacaq.

Twitter 2018-ci ilin dördüncü rübünün nəticələri ilə bağlı hesabat dərc edib. Şirkətin rüblük gəliri 24% artaraq, 909 milyon dollara çatıb. Bu məbləğdən 791 milyon dollar şirkətin reklamdan əldə etdiyi gəlirdir (23% artım).

Bir rübə görə mənfəət 255 milyon dollar təşkil edib. Twitter şirkəti artıq beş rübdür ki, mənfəət nümayiş etdirir. Ümumiyyətlə, 2018-ci il şirkətin tarixində ilk gəlirli il olmuşdur. İlin nəticələrinə görə, gəlir 1,2 milyard dollar təşkil edib. Xatırladaq ki, ötən il bu rəqəm -108 milyon dollar olmuşdur. Twitter qeyd edir ki, 845 milyon dollar vergi borcları üçün ayrılmış vəsaitdir, bunu nəzərə alsaq şirkətin gəliri 360 milyon dollar təşkil edib.

Twitter, ilk dəfə olaraq, ictimaiyyətə gündəlik istifadəçilərin sayını açıqlayıb. Burada yalnız reklam nümayiş etdirən istifadəçilərin sayı nəzərdə tutulur. 2018-ci ilin dördüncü rübündə belə istifadəçilərin sayı 126 milyon, ötən il 115 milyon, daha əvvəl isə 124 milyon nəfər təşkil edib.

Bir ay ərzində xidmətin aylıq auditoriyası 330 milyondan 321 milyona qədər azalmışdır. Şirkət bunu digər istifadəçiləri təhqir edə biləcək və siyasi manipulyasiyaya qoşulan hesabların silinməsi ilə izah edib. 2019-cu ilin birinci rübündən etibarən Twitter aylıq auditoriya haqqında məlumatları açıqlamayacaq.

2018-ci ildə Twitter-də kapital xərclər 73% artaraq 487 milyon dollara çatıb. Twitter-in hesablamalarına görə, 2019-cu ildə bu rəqəm təxminən 550-600 milyon dollara çatacaq.  

Hesabatın dərc olunmasından sonra, Twitter səhmlərinin dəyəri 7,6% düşərək, 31,57 dollar təşkil etmişdir. Nyu-York Fond Birjasının fevralın 7-də bağlanması ilə şirkətin qiymətli kağızlarının qiyməti 34,16 dollar, kapitallaşması isə 26 milyard dollar təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər