7 C
Baku
Thursday, December 12, 2024

Calm meditasiya proqramı $1 milyard dəyərində qiymətləndirilib

2012-ci ildə yaradılmış bu startup ikinci maliyyə raundunda 88 milyon dollar alıb. 1 milyard dollarlıq bir qiymətləndirmə ilə, Calm, “Ruh sağlamlığı” kateqoriyasında ilk “unicorn” tətbiqi ola bilər.

Calm meditasiya proqramı, maliyyələşdirmənin ikinci raundunda 88 milyon dollar cəlb edib, Crunchbase News yazır. Bu, 2018-ci ilin iyununda bağlanmış əvvəlki raunddan 60 milyon dollar çoxdur.

Hələ 2012-ci ildə yaradılan bu proqram, son dövrlərdə çox məşhur olub. Startup 40 milyondan çox yükləməyə və 1 milyondan çox aktiv istifadəçiyə malikdir. Qeyd edək ki, onların əksəriyyəti ABŞ-da yaşayır. Son 6 il ərzində meditasiyanı tətbiq edən insanların sayı  4,1%-dən 14,2%-ə qədər artıb.

Proqram pulsuz yükləmək mümkündür, lakin sonrakı dövrdə ödənişli abunəliyi aktiv etməniz tələb olunur. Calm yuxusuzluq probleminin həllində də kömək edə bilər. Matthew McConaughey, Stephen Fry və Leona Lewis kimi məşhurlar da bu proqramın aktiv istifadəçilərindən biridir.

Proqramı App Store və ya Google Play vasitəsilə yükləyə bilərsiniz. Calm 2018-ci ildə 150 milyon dollar qazanmağı planlayır.

“Dünya üzrə meditasiya və yoqaya olan maraq, get-gedə artır”, – investisiya portfelinin rəhbəri olan Sergey Negodyaev qeyd edir. Calm proqramının əsas rəqiblərindən biri isə Headspace-dir.

Sonuncu raund, Creative Artists Agency və Insight Venture Partners və Sound Ventures sərmayəçilərin iştirakı ilə TPG Growth tərəfindən keçirilmişdi. Startup-ın təsisçiləri olan Alex Tew və Michael Acton Smith deyirlər ki, əldə olunmuş sərmayə beynəlxalq ekspansiyaya və kontent kitabxanasının genişləndirilməsinə sərf olunacaq.

Təcrübə göstərir ki, eHealth-layihəsinin inkişaf etməsi üçün, o, istifadəçilər tərəfindən müntəzəm şəkildə istifadə olunmalıdır, buna görə də bir çoxları xroniki xəstəliklərin həllinə yönəlirlər”, – Maxfield Capital fondunun  direktoru olan Alexey Tuknov mövcud tendensiyaları izah edir.

Global Wellness Institute qiymətləndirmələrinə görə, sağlam həyat tərzi sənayesi 4,3 trilyon dollar dəyərində qiymətləndirilir. “Uzun illərdir ki, psixiki sağlamlıq mövzusu kölgədə qalaraq açıq şəkildə müzakirə edilməyib. İndi vəziyyət tamamilə dəyişib”, – Crunchbase News müsahibəsində Alex Tew bildirib.

Son xəbərlər
Digər xəbərlər