-1 C
Baku
Sunday, December 15, 2024

Əməkdaşların işdən çıxmasının 10 səbəbi

Heç kəs üçün sirr deyil ki, işdən çıxmanın ən geniş yayılmış səbəblərindən  biri əmək haqqının aşağı olmasıdır. Təbii ki, bu, kadrların axınına təsir göstərən yeganə səbəb deyil. İş mühitində müəyyən məqamlara diqqət etsəniz, əməkdaşlarınız ilə daha produktiv işləyə bilərsiniz. Belə ki, hər zaman yeni işçi axtarışında olmaq və hər dəfə onlara yenidən təlim keçmək o qədərdə sərfəli deyil.

İşçilərin işdən çıxmasının əsas 10 səbəbi:

10. İş yeri uzaqda yerləşir, yol çox vaxt və xərc tələb edir.

İşəgötürənlərin bir çoxu bu səbəbi əhəmiyyətsiz hesab edir, lakin bu belə deyil. Belə ki, işçilərin işdən uzaqlaşmasının əsas səbəblərindən biri də iş yerinin uzaq yerləşməsidir. Bunun qarşısını necə almaq olar? Yeni əməkdaşın axtarışını həyata keçirərkən, ilk növbədə iş yerinə yaxın ərazilərdə yaşayan namizədləri nəzərdən keçirin.

9. Menecerlərlə əlaqələrin zəif olması. Sizə elə gələ bilər ki, əməkdaşlarınız buna çox da fikir vermirlər. Əslində, bu belə deyil. İşçilər bütün xırdalıqlara diqqət yetirirlər və yadda saxlayırlar. Sizin anlayışlı olmağınız, onlar üçün çox vacibdir.

8. İşdə stress səviyyəsinin yüksək olması. Siz düşünürsünüz ki, işçi həftə sonu və ya bayram günlərində belə işləməyə razı olursa, bu, əladır? Əlavə iş saatları bəs? Yox. Hər bir insan istirahət etməlidir, əks halda işçi effektiv ola bilmir. Bütün bunların nəticəsi isə əməkdaşın işdən çıxması olur.

7. Təhlükəli iş. Biz düşünürük ki, burada hər şey aydındır. Əgər söhbət restorandan gedirsə, mətbəxdə bütün təhlükəsizlik normalarına riayət olunmalıdır. Siz buna nəzarət etməlisiniz.

6. Peşəkar inkişaf imkanlarının olmaması. Hər birimiz inkişaf etmək istəyir. Özümüzə, eləcə də ətrafımızda olanlara hər bir şeyə qadir olduğumuzu sübut etməyə çalışırıq ki. Çalışın əməkdaşlarınıza inkişaf imkanlarını verəsiniz. Onları müxtəlif təlimlərə, peşəkar tədbirlərə göndərin, qarşılarında daha mürəkkəb vəzifələr qoyun.

5. Kiçik mükafatlar və az əhəmiyyətli sosial paket. Əməkdaşların əməyini obyektiv qiymətləndirin və onlar sizə öz məhsuldarlığı ilə cavab verəcəklər.

4. Darıxdırıcı iş. Əməkdaşlarınız tez-tez fasilə edib telefonda otururlar, siqaret çəkməyə çıxırlar və ya ah çəkirlər? Çox güman ki, onlar darıxırlar. Monoton iş insanları tez yorur və onlar yeniliklər axtarmağa başlayırlar. Çalışın əməkdaşlarınıza müxtəlif tapşırıqlar verəsiniz.

3. Başqaları tərəfindən kifayət qədər qəbul edilməmək. İşçilərin uğurlarını dəyərləndirin, onlara diqqət yetirin və tərifləyin.

2. Karyerada imkanların qeyri-bərabər olması. Hər birimizin həyatında karyera yüksəlişi əhəmiyyətli rol oynayır. Karyera yüksəlişi imkanını yaratmaq kifayət deyildir, bu sistem şəffaf olmalıdır: hara və necə yüksəlmək mümkündür? Bunun üçün nə tələb olunur? Şərtlər nədən ibarətdir? və s.

1. Əmək haqqının aşağı olması. Əmək bazarını daim izləyin və işçilərin əmək haqqını ona uyğunlaşdırın. Komandanızda heç kim özünü kimdənsə əskik hiss etməməlidir. Bazarın daim artdığı bir şəraitdə, illərlə eyni əmək haqqı almaq heç kimə xoş deyil.

Son xəbərlər
Digər xəbərlər