3 C
Baku
Saturday, December 14, 2024

“Google” yeni şifrləmə protokolu təqdim edib

“Google” şirkəti ucuz smartfonlar üçün nəzərdə tutulan yeni “Adiantum” məlumat şifrləmə protokolunu təqdim edib.

Xarici KİV-lərə istinadən, şirkətin ideyası ondan ibarətdir ki, həmin smartfonlar az məhsuldarlığa malik ucuz əməliyyat sistemlərinə əsaslanır və onlar üçün “AES” şifrləməsi çətinliklər yaradır.

“Adiantum” məhz belə smartfonlarda “AES” standartını əvəz edəcək. Bundan başqa, yeni protokol yüksək məhsuldarlıqlı prosessora malik olmayan digər istehlak qurğularında, məsələn, “ağıllı” saat, televizor və sair tətbiq oluna bilər.

Şirkət nümayəndələrinin sözlərinə görə, 4096 bayt ölçülü sektorlarda “Adiantum” protokolundan istifadə etməklə “Cortex-A7” prosessor nüvəsinin şifrləmə və deşifrləmədə məhsuldarlığı bir bayt üçün 10,6 dövrəyə çatır ki, bu da “AES-256-XTS” standartından istifadədə təxminən 5 dəfə sürətlidir.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər