Bu sistem ilə pul köçürmələri artıq yerinə yetirilmir.
Hələ ilin əvvəlində Rusiya KİV “Migom” QSC-nin lisenziyasının ləğvindən danışırdılar.
Bu gündən etibarən isə “Migom” pul köçürmələri sistemi lisenziyadan məhrum oldu.
Azərbaycan bankları bu məlumata anında reaksiya verdilər.
Bir sıra banklarda keçirilən sorğu zamanı müəyyən edilib ki, onlar bu sistem ilə pul köçürmələri həyata keçirmirlər. Bunu Azərbaycan Beynəlxalq Bankı, “Nikoil Bank”, “Parabank”, “Unibank” da təsdiq etdilər.
Pul köçürmələri üçün alternativ sistem olaraq “Zolotaya Korona” sisteminin adı çəkilir.
Oxu.az