9 C
Baku
Thursday, December 12, 2024

Prezident Filippinin adını dəyişərək Maharlika olmasını təklif etdi

Qalmaqallı açıqlamaları ilə tanınan Filippin prezidenti Rodriqo Duterte ölkənin adını “Maharlika Respublikası” kimi dəyişdirməyi təklif edib.

o, bu təklifi ölkənin müstəmləkə tarixi ilə əlaqəsini zəiflətmək istəyi ilə əlaqələndirib.

Duterte bu bəyanatla Maqindanao vilayətində çıxış edib: “Ölkəyə Filippin adını Maqellan verib. Mən diktator Markosun təklif etdiyi “Maharlika Respublikası” adını bəyənirəm”.

Qeyd edək ki, müasir Filippin dilində maharlika sözü “kral nəcibliyi” mənasını daşıyır.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər