3 C
Baku
Saturday, December 14, 2024

Dövlət istiqrazlarına tələb təklifi 2 dəfə üstələdi

12 fevral 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin 20.0 milyon manat məbləğində  728 gün tədavül müddətli  dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

Banker.az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Hərrac zamanı dövlət istiqrazları üzrə investorlar tərəfindən ümumi  qiyməti 43.6 milyon manat olan sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyi tərəfindən verilən məlumata görə, dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0442 (gəlirlilik 7.9756%)səviyyəsində müəyyən edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazlar  9 fevral 2021-ci tarixində ödəniləcək.

 

Son xəbərlər
Digər xəbərlər