Beynəlxaq Böhran Qrupu 2019-cü il üçün Dünyada qarşıdurmalar və böhranlarla bağlı proqnozlarını açıqlayıb.
Təhlilçilər dünyanı silkələyəcək hadisələri və onun qlobal neft bazarına ciddi təsir edə biləcəyini qruplaşdırıblar:
1) Venesuelada qarşıdurma ilə nəticələnən hakimiyyət dəyişikliyi;
2) Cənubi Sudanda (neft gəlirləri uğrunda şimalla mübarizə) vətəndaş müharibəsinin alovlanması (2013-2018-də 400 min insan ölüb);
3) Kamerunda ingilisdilli və fransızdilli əhali arasında vətəndaş müharibəsi;
4) Əfqanıstanda yeni qarşıdurma (2018-ci ildə münaqişələrdə ən böyük insan itkisi qeydə alınıb – 40 min nəfər);
5) Nigeriyada yazdan başlayaraq bütün mərhələlərdə seçkilərin keçirilməsi. Adətən bu ölkədə seçkilər etnik qruplar və dini təriqətlər arasında kəskin qarşıdurmalarla müşayət edilir;
6) Suriyada münaqişənin alovlanması;
7) ABŞ-İsrail-Səudiyyə üçlüyü ilə İran arasında münaqişənin yeni mərhələyə keçidi;
8) ABŞ və Çin arasında iqtisadi müharibənin fəsadları;
9) Ukraynanın Şərqində münaqişənin davamı;
10) Yəməndə münaqişə və humanitar böhran.