6 C
Baku
Sunday, December 15, 2024

İqtisadçı: Dövlətin problemli kreditlərin həll etmə imkanı var

“Monitorinqlər göstərir ki, ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmilləşdirilmir. Təhlillərə görə isə, xarici valyuta da olan kreditlərin ödənilməsi ilə bağlı çətinliklər daha çoxdur. Bu isə 2015-ci ildə manatın xarici valyutalara qarşı dəyərsizləşməsi ilə bağlıdır.”

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov şərh edərkən bildirir.

Bayramov bildirir ki, bu dollarda olan kreditlərin manat ifadəsində bahalaşmasına və aylıq ödəniş məbləğlərinin, yumşaq desək, şışməsinə səbəb olub. Əksər kredit götürənlərin gəlirləri milli valyuta ilə olduğundan kredit ödənişlərində əksər hallarda obyektiv səbəblərdən yubanmalar müşahidə olunmağa başlayıb.

Musahibe Vugar Bayramov logo.mpg snapshot 08.56 2014.02.20 16.25
Vüqar Bayramov

“Əvvəllərdə təklif etdiyimiz kimi, biz problemli kreditlərin həlli ilə bağlı vahid proqramın qəbul olunmasına ehtiyac var. Qeyd edək ki, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı” – deyə, iqtisadçı Bayramov bildirir.

 

“Problemli kreditlərin dövlət tərəfdən satın alınmasına ehtiyac var”

Dövlət praktiki olaraq həmin proqram çərçivəsində 450 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub: “O baxımdan, Azərbaycanda da problemli kreditlərin dövlət tərəfindən satın alınıb sağlamlaşdırılmasına ehtiyac var. Bu zaman dövlət problemli kreditləri alıb qiymətli kağız formasında bazara çıxarır və kreditlərə güzəştlər tətbiq olunur. Xatırladım ki, oxşar praktika Rusiyada da tətbiq olunub. Nəticədə, dövlət milli valyuta ucuzlaşandan sonra xarici kreditlər üzrə yaranan fərqi ödəyir və müştəri güzəştli müddət ilə kredit müqaviləsi rəsmilləşən günün məzənnəsi ilə ödənişlər edir.

Başqa ölkələrin təcrübəsi göstərir ki, bu digər krediti olanlarda arxayınçılıq yaratmır. Əksinə, problemli kreditlərinin həcminin minimumlaşdırılmasına, bankların sağlamlaşdırılmasına və ən vacibi əhalinin banklar qarşısındakı öhdəliyinin azalmasına və deməli sosial təminatının güclənməsinə səbəb olur.

Qiymətləndirmələr göstərir ki, bu proqramın reallaşması üçün tələb edilən məbləğ 1 milyard manatdır. 2019-cu ildə dövlət büdcəsinin xərclərinin əvvəlki ilə müqayisədə 17 faizdən çox proqnozlaşdırıldığını nəzərə alsaq sözügedən proqramın maliyyələşdirilməsi dövlət üçün ciddi maliyyə öhdəliyi yaratmayacaq. Bunun müqabilində isə, son illər ən çox müzakirə edilən məsələlərdən birinin çözülməsinə nail olunacaq. Bu proqramın daha detal olaraq hazırlanması və tətbiqi üçün isə uyğun hökumət qurumlarının nümayəndələri, xarici və yerli ekspertlərdən ibarət işçı qrupunun formalaşdırılması daha məqsədə uyğun olardı”.

Son xəbərlər
Digər xəbərlər