23 C
Baku
Saturday, September 28, 2024

Bayram günü hansı banklar işləyəcək

Qarşıdan gələn Novruz bayramı münasibəti ilə ölkədə 20-26 mart qeyri-iş günləri olacaq.

Qeyri –iş günü bütün sahələrdə olduğu kimi banklara da aiddir. Lakin bir neçə bank bayram günlərində də sizə xidmət göstərəcəklər.

Banker.az saytı olaraq bayram günləri fəaliyyət göstərəcək bankların adlarını açıqlayacağıq.

Kapital Bank – Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları,  Abşeron, Sabirabad, İmişli, Ağdam, Kəpəz, Saatlı, Xaçmaz, Cəlilabad, Lənkəran, Zaqatala rayon, Gəncə şəhər filialları 24, 25, 26 mart tarixlərində sizə xidmət göstərəcəklər.

Unibank Bank of Baku –da martın 20 -23-ü qeyri- iş günü  və mart ayının 24-dən sonra isə iş günü olacaq.

Access Bank – martın 22, 24, 25, 26  tarixləri  saat -15.00-a kimi;

Express Bank –  martın 25 və 26-sı saat- 15.00-a kimi;

Rabitəbank – Bank sadəcə olaraq martın 26-sı yarım gün;

Bank Standard – Bankın müəyyən filialları martın  22 ve 25-i saat 15.00 –a kimi fəaliyyət göstərəcək.

Bank Respublikanın isə sadəcə 24 saat filialı bütün günləri xidmətinizdə olacaq.

YapıKredi Bank –  Bankın Nərimanov filial bazar Ertəsi – Cümə 09:00 – 22:00; Şənbə 10:00 – 22:00; Bazar 10:00 – 22:00 kimi,   Bazar ertəsi – Bazar isə saat 07:00- 23:00 tarixlərində fəaliyyət göstərəcək.

Son xəbərlər
Digər xəbərlər