-1 C
Baku
Sunday, December 15, 2024

Rabitəbank daha bir filialını yenilədi ®

Ölkənin ən qabaqcıl banklarından biri olan Rabitəbank, daha bir filialının ünvanını dəyişərək müştərilər üçün xidmət səviyyəsini artırdı.

Belə ki, Səttərxan küçəsi, 27 ünvanında yerləşən Rabitəbankın yeni Lənkəran filialı, rahat və standartlara uyğun olan geniş məkanla, həftəiçi 9.00- 17.00-a dək, müştərilərin xidmətindədir.

Qeyd edək ki, Lənkəran filialı 2003-ci ildən etibarən fəaliyyət göstərir və 3-cü dəfə xidmət səviyyəsini artırmaq məqsədi ilə, ünvanını dəyişib.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Son xəbərlər
Digər xəbərlər