Ölkənin 16 ştatı ABŞ-ın prezidenti olan Donald Trampı məhkəməyə verib. Bnker.az xəbər verir ki, bu haqda 18 fevral Bazar ertəsi günü New York Times qəzeti xəbər verib.
“Cümə axşamı günü Kaliforniya və Nyu-York da daxil olmaqla, ölkənin 16 ştatından ibarət olan bu koalisiyası, prezidentin fövqəladə vəziyyət tətbiq etmək səlahiyyətini istifadə planlarına görə məhkəmə qarşısında öz etirazlarını bildiriblər”, nəşriyyat xəbər verir.
Beləliklə, Tramp Konqresin buna razılığı olmadan Meksikanın sərhədində divar qurmaq üçün təxminən 8 milyard dollar dəyərində məbləği almağı planlayır.
Xatırladaq ki, Fevralın 15-də Tramp ölkənin cənub sərhədində fövqəladə halın elan olunmasına dair bəyanat imzalayıb.
Respublikaçılar və demokratlar divarın inşası ilə bağlı fikir ayrılığı səbəbindən ötən ilin dekabrından büdcəni qəbul edə bilməyiblər. Nəticədə doqquz nazirlik: Dövlət Departamenti, Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mənzil və Şəhərsalma Nazirliyi, Ticarət Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə və Daxili İşlər Nazirliyi maliyyəsiz qalıb.