10 C
Baku
Wednesday, December 11, 2024

“Sharp” korporasiyası “robofon” təqdim edib

Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni model əlavə edib. Hərəkət edə bilməyən ən ucuz versiyalardan birini 715 dollara satın almaq olar. Tokioda keçirilmiş təqdimatda elan edilib ki, hərəkət edə bilməyən model uşaqlı ailələr, hərəkət edən modellər isə biznes üçün nəzərdə tutulub.
 
 “Robofon” hərəkət edə, danışa, rəqs edə bilən, eyni zamanda adi smartfon kimi işləyə bilən kiçik insanabənzər robotdur. Robotun kürəyinə displey quraşdırılıb. Qurğuya videomüşahidə, şəkil mübadiləsi, “Sharp Aquos Android TV” “ağıllı” televizorları, kondisioner və başqa texnikanın idarəetməsi, həmçinin robotun hərəkətlərinin proqramlaşdırılması üçün 30 proqram (tezliklə onların sayı 46-dək çatdırılacaq) quraşdırılıb.
 
 
“RoBoHon” biznes seqmentinə mağaza və muzeylərdə məhsulları təqdim edən konsultant kimi təklif edilir. Proqramlardan biri robotu yapon, ingilis, Çin və Koreya dillərində danışan poliqlota çevirməyə imkan verir.
 
“RoBoHon” cihazı “Snapdragon 430” prosessoru, 2 QB əməli yaddaş, 16 QB fləş daşıyıcı, 8 meqapiksellik kamera ilə təchiz edilib. Robot daxili pikoproyektordan məhrum edilib. Ekranın ölçüsü 2-dən 2,6 düymədək böyüdülüb və “Android” sisteminin versiyası yenilənərək 8.1 olub.
 
“RoBoHon” aparatının LTE modulla olan versiyasının qiyməti təxminən 1628 dollar, “Wi-Fi” ilə olan versiyası 1085 dollar, hərəkət edə bilməyən modeldə isə 715 dollar təşkil edir.

MənbəİCTnews
Son xəbərlər
Digər xəbərlər