Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq üçüncü (son) oxunuşda qəbul edilib
Milli Məclisin və iki komitənin səlahiyyətlərinə dəyişiklik edilib. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Milli Məclisin komitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. Bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur.
Eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunur.
Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq üçüncü (son) oxunuşda qəbul edilib.
Read more: https://sputnik.az/news/20190219/419483374/parlamentin-selahiyyet-cercivesi-darald.html