7 C
Baku
Sunday, December 15, 2024

Nazirliyin 25 mln. manatlıq təklifinə investrolardan 4,5 dəfə artıq tələb

19 fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərracın nəticələri açıqlanıb. Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.

Hərrac zamanı 22 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9%) və 93.5000 AZN (6.99%) olan 30 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.2756 AZN (7.25%), orta ölçülmüş qiyməti 93.3026 AZN (7.22%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 114,637,900.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat olub ki, bu da tələbin təklifi 4,5 dəfə üstələməsi deməkdir.

İstiqrazların ödəmə tarixi 18 fevral 2020-ci il.

Hərrac iştirakçıları 20 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər