Bu ilin yanvar ayında Rusiyada orta aylıq əmək haqqı illik müqayisədə 1,3% artaraq 41 120 rubla (625 ABŞ dolları) çatıb.
Bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidməti məlumat yayıb.
Xatırladaq ki, Azərbaycanın Dövlət Statistika Komitəsi bu il yanvarın 1-nə Azərbaycanda orta aylıq əmək haqqının 544,1 manat (320 dollar) olduğunu bəyan edib. Beləliklə, qonşu ölkədə maaşların orta həddi Azərbaycanla müqayisədə təxminən 95% və yaxud 2 dəfə çoxdur.