2 C
Baku
Saturday, December 14, 2024

Avropa şəhərlərində pulsuz əyləncələr

Səyahət edərkən pulları küçəyə tökmək lazım deyil. Yadda saxlayın ki, həyatda ən yaxşı əyləncələr pulsuzdur.

1. Kopenhagen, velosipedlər

Kopenhagendə siz pulsuz və rahat velosiped kirayə sxemindən yararlana bilərsiniz.

Beləliklə, siz digər əyləncələrə də qənaət etmiş olacaqsınız.

2. Zürix, şokoladlar

Pulsuz şokoladlardan daha yaxşı nə ola bilər? Əgər siz şokolad sevirsinizsə, Zürixdə Lindt & Sprungli şokolad fabrikini ziyarət edə bilərsiniz.

Burada şokolad muzeyinə giriş həmçinin pulsuzdur.

3. Edinburq, komediya

Əgər siz tamaşa seyr etməyi sevirsinizsə, Edinburqda pulsuz komediya festivalına gedə bilərsiniz.

4. Paris, Luvr muzeyi

Hər ayın bazar günü ziyarət etmək pulsuzdur (həmçinin 18 yaşından aşağı insanlar  və incəsənət müəllimləri üçün istənilən vaxt 14 iyul).

5. Amsterdam, konsertlər

Concertgebouw-da çərşənbə günlərində gündüz vaxtlarında pulsuz konsertlər olur. Burada bütün dünyada məşhur orkestr məşq edir.

6. London, dinozavrlar

Londonda ən gözəl muzeylər yerləşir və bu muzeylərə giriş pulsuz deyil.

Lakin siz təbii tarix muzeyində pulsuz olaraq dinozavrlara tamaşa edə bilərsiniz.

8. Berlin, piyadi turları

Əgər siz Berlinin bütün gözəlliklərini artıq görmüsünüzsə, o zaman Berlinin bilinməz tərəflərinə də səyahət etmək lazımdır. Berlində alternativ turlar sizə gündə iki dəfə heyran edici hipster yaradıcılığına tamaşa etmək şansı yaradır.

8. Barselona, Haudi şah əsərləri

Barselonanın əsas görkəmli yerlərindən biri də möcüzəvi Haudi memarlığıdır. Siz bu incəsənət nümunəsinə pulsuz olaraq tamaşa edə bilərsiniz.

9. Madrid, incəsənət

Madriddə milli Prado muzeyində dünya incəsənətinin ən inci nümunələri yerləşir.
Əgər siz çərşənbə axşamı günləri axşam saat 18:00-dan 20:00-a qədər və şənbə günü 17:00-dan 20:00-a qədər buranı ziyarət etsəniz pulsuz olaraq muzeyi səyahət edə bilərsiniz.

10. Dublin, ədəbiyyat tarixi

Dublində Triniti kollecdə pulsuz olaraq məşhur yazıçıların yaradıcılığı haqqında məlumat almaq olar.

11. Roma, ekskursiyalar

Romanın ən görkəmli incisi hesab ediıən Panteonu ziyarət etmək pulsuzdur.

12. Milan, qida

Milanda yemək pulsuzdur. Burada siz bir çox barlarda sərinləşdirici içki sifariş edərək pulsuz yeməkdən zövq ala bilərsiniz.

13. Zalsburq, şahmat

Avstriyanın Zalsburq şəhəri yüksək qiymətləri ilə fərqlənir, lakin siz burada pulsuz olaraq  Kapitelplats meydanında küçə şahmatı oynaya bilərsiniz.

14. Venesiya, musiqi

Venesiyanın bahalı kafelərində siz həm aclığınızı yatırda, həm də pulsuz olaraq xoş musiqidən zövq ala bilərsiniz. Bunun üçün siz sadəcə olaraq su da sifariş edə bilərsiniz.

15. Lissabon, muzeylər

Bazar günlərində Lissabonda muzeyləri ziyarət etmək pulsuzdur.

Son xəbərlər
Digər xəbərlər