10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvan MR-da bank hesablarının sayı illik 24% artıb

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində bank hesablarının sayı 80 206 ədədə çatıb.

Banker.az xəbər verir ki, bu barədə  MR-in Dövlət Statistika Komitəsinin 1 yanvar 2019-cu il tarixinə olan hesabatında deyilir.

Ötən ilin müvafiq dövründə bu rəqəm 64 484 ədəd təşkil edirdi ki, bu da bu il 24% artımın olması deməkdir.

Hesab açanların 2 060 ədədi hüquqi şəxslərə, 78 146 ədədi isə fiziki şəxlərə aid olub.

Qeyd edək ki, ümumi hesabaçanların 70 774 nəfəri işləyən şəxslərdir.

Son xəbərlər
Digər xəbərlər