9 C
Baku
Thursday, December 12, 2024

Çupette adlı pişiyin 200 milyon dollarlıq sərvəti var

Dünya moda aləminin əfsanələrindən olan Karl Laqerfeldin ölümündən sonra qalan külli miqdarda sərvətinin kimə veriləcəyi hər kəsin marağındadır.

Ən diqqətçəkən məqam ailəsi və varisi olmayan Karlın 200 milyon dollarlıq sərvətinin Çupette adlı pişiyinə qalacağı iddialarıdır.

Çünki moda ustası bir çox çıxışında Çupetteni varisi adlandırıb. Fransanın “Le Fiqaro” nəşrinin məulmatına görə, Almaniya konsitutsiyası Laqerfeldin mirasının pişiyinə qalmasına icazə verir.

 

Almaniyalı dizayner 2013-cü ildə CNN telekanalına verdiyi müsahibədə pişiyi haqqında bu sözləri deyib: “Qanuni olsaydı, pişiyimlə evlənərdim. Lakin hələ ki insanlarla heyvanlar evlənə bilmir. Bir pişiyə aşiq ola biləcəyimi heç düşünməmişdim”.

Qeyd edək ki, Çupette dünyanın məşhur pişiklərindən biridir. Onun instaqram hesabında 120 min izləyicisi var. Sahibinin ölümündən sonra pişiyin Laqerfeldin sevimli modellərindən olan Bred Koroniqdə qalması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər