14 C
Baku
Saturday, May 4, 2024

NBCBank 1-ci yerə çıxdı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Strateji Planında üzv banklarla birgə sosial yönlü layihələrin həyata keçirilməsi hədəf olaraq göstərilmişdir.

Bununla əlaqədar 23 fevral 2019-cu il tarixində bu istiqamətdə keçirilən növbəti tədbir“Banklararası Boulinq Çempionatı 2019” turniri idi. Həmin turnir Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzinin 3-cü mərtəbəsində yerləşən “ONTOP” boulinq idman və əyləncə mərkəzində keçirilmişdir. Turnirin məqsədi bank əməkdaşlarının komanda işini asudə vaxtlarında da tətbiq etmək imkanı yaratmaq idi.

Turnirin nəticələrinə əsasən, 3-cü yerin qalibi Azərbaycan Beynəlxalq Bankı, 2-ci yer Muğanbank və 1-ci yerin qalibi isə NBCBank oldu. Qalibləri qələbə münasibəti ilə təbrik edirik.


1551077430 dscn0589

Son xəbərlər
 ⁠
Digər xəbərlər