Azərbaycanda daha bir şirkətə bütün növ qiymətli kağız blanklarının hazırlanması üçün lisenziya verilib. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Garsu Pasaulis» QSC-yə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə xüsusi razılıq (lisenziya) verilib. Bu barədə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəsmi saytında deyilir.
Beləliklə, Azərbaycanda bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyəti üzrə xüsusi razılığı (lisenziyası) qüvvədə olan təşkilatların sayı 7-yə çatıb.