11 C
Baku
Saturday, November 16, 2024

Vergilər Nazirliyi 3 şirkətlə müqavilə imzalayıb

Vergilər Nazirliyi bağlanmış müqavilələr ilə bağlı açıqlama verib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi keçirilmiş açıq tenderlərin nəticələri üzrə 13 fevral 2019-cu ildə “Azinko Development”  MMC Alov Qüllələri Fairmont Otelinin Bakı filialı ilə Konfrans, görüş otaqlarının icarəsi və tədbirin təşkili işlərinə dair 12  487 min manat məbləğində müqavilə imzalayıb.

Onu da qeyd edək ki, Vergilər Nazirliyi ” Baku Boulevard Hotel Company” MMC ilə tədbirin təşkili işlərinə dair 13 fevral 2019-cu ildə 22 534 manat məbləğində müqavilə imzalanıb. Bildirək ki, bu otel Azərbaycanın ən böyük otelidi. Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir.Bu otel “Absheron Hotel Group”a daxil olan dördüncü oteldir. Otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.

Həmçinin Vergilər Nazirliyi Azərmətbuatyayımı ASC ilə 8 fevral 2019- cu il tarixində Qəzetə abunə yazılışı ilə bağlı 7,207 mln manat məbləğində müqavilə imzalamışdı.

Son xəbərlər
Digər xəbərlər