8 C
Baku
Thursday, December 12, 2024

Visa-dan 5 milyard pul tələb olunur

Agence France-Presse-in verdiyi məlumata görə, dünyanın ən nəhəng ticarət şəbəkəsi olan Walmart məhkəmə yolu Visa ödəniş sistemindən 5 milyard dollar almağa çalışır.

Walmart-ın baş-qərargahının yerləşdiyi Arkanzasda məhkəməyə verilmiş iddiaya görə Visa bir neçə il ərzində bu ticarət şəbəkəsində və həmçinin digər pərakəndə satış nöqtələrində  bank kartları üzrə hesablamalarda banklararası komissiya haqqını yüksəltmişdir.

Bundan əlavə, ticarət şəbəkəsi Visa-nı bank kartlarında etibarsız maqnit zolağından istifadə etdiyi ilə bağlı günahlandırır. Bu da öz növbəsində kart sahibini fırıldaqçılardan və oğrulardan sığortalamır.

Walmart öz iddiasında onu da bildirmişdir ki, ABŞ-ın ən nəhəng ticarət şəbəkəsi Visa kartlarının qəbulundan imtina edə bilməz. Belə ki, bu satışların aşağı düşməsinə səbəb olacaq.

Visa-nın 2004-2012-ci illər ərzində ticarət şəbəkəsinə vurduğu ziyan isə 5 milyard dollar olaraq qiymətləndirilib.

Visa isə öz növbəsində ona qarşı irəli sürülmüş iddiaya heç bir şərh bildirməmişdir.

Son xəbərlər
Digər xəbərlər