9 C
Baku
Thursday, December 12, 2024

Xarici şirkətlər: Çində əqli mülkiyyət hüquqlarının qorunmasında irəliləyişlər var

ABŞ və Çinin Pekinin xarici firmalara münasibətini müzakirə etməyə davam etdiyi bir dövrdə, bir çox xarici şirkət ölkədə intellektual mülkiyyətin qorunması sahəsində irəliləyişləri qeyd edib.

Banker.az bu barədə xarici KİV-ə istinad edir.

Amerikanın Çindəki Ticarət Palatasının üzvlərinin 59% -i, son beş ildə Pekinin intellektual mülkiyyət hüquqlarının qorunması sahəsində irəliləyişə nail olduğunu bəyan edirlər.

Noyabrın 13-dən 16-dək üzv şirkətlərin 314 nümayəndəsi  arasında keçirilmiş sorğu, 2016-2018-ci illərdə ticarət markalarının hüquqların qorunmasında irəliləyişi göstərib.

AmCham China şirkətinin sədri Timothy Stratford bu mövzu ilə bağlı öz fikrini bildirmişdir: “Nümayiş etdiyimiz statistikalar, bizə məhkəmə sistemindəki az da olsa irəliləyişi göstərir”.

Onun sözlərinə görə, texnologiya, resurs və sənaye sektorundan olan  respondentlərin demək olar ki yarısı Çinə sərmayə qoyacaqlarını söyləyiblər.

“Vesti.Ekonomika” nın məlumatına görə, ABŞ-ın Çini təşviq etdiyi islahatlar arasında intellektual mülkiyyətin qorunması və texnologiyanın məcbur şəkildə ötürülməsinə qarışı mübarizə əsas yer tutur. Çin bütün bu kimi pozuntuları inkar edir, bu isə danışıqları çətinləşdirən amillərdən biridir.

Bununla birlikdə, keçən ilin dekabr ayının sonunda Pekin, Ali Məhkəmənin yanvar ayından etibarən əqli mülkiyyət iddialarına baxılması ilə əlaqədar şikayətləri nəzərdən keçirəcəyini açıqlayıb. Keçmişdə bu işlər yalnız yerli ali məhkəmələr tərəfindən nəzərdən keçirildi.

Ümumilikdə, AmCham sorğusunun nəticələri o qədərdə ürək açan olmamışdı.  Ümumi gəlirlilik bir qədər azalıb, biznesin optimizmi isə zəifləyib. Xərclərin böyüməsi ilə bağlı narahatlıqların artması müşahidə olunur. Eyni zamanda, anket göstərib ki, şirkətlərin təxminən 20% -i bu il bazarda artım gözləmirlər.

 

Son xəbərlər
Digər xəbərlər