21 C
Baku
Saturday, September 28, 2024

Trampın əleyhinə qanun qəbul edildi

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın sərhəd təhlükəsizliyi səbəbi ilə elan etdiyi fövqəladə vəziyyət rejiminin ləğv edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.Səsvermədə 245 deputat qanun layihəsinin  lehinə, 182-ci isə əleyhinə səs verib. Qərarın qüvvəyə minməsi üçün Senatda da səsverməyə çıxarılacaq.

Qeyd edək ki, qanun layihəsində Trampın Meksika ilə sərhədə çəkilməsini istədiyi divarın inşası üçün daha öncədən ayrılan büdcədən daha artığının ayrılmaması da nəzərdə tutulub. Tramp divar çəkilməsi üçün 5,7 milyard dollar tələb etsə də, Senat 1,37 milyard dollar ayırıb. ABŞ prezidenti fövqəladə vəziyyət rejimi elan edərək məbləğin qalan hissəsini hərbi büdcədən tamamlamaq niyyətində idi.

Bildirək  ki,  Tramp divar çəkilməsi üçün 5,7 milyard dollar tələb etsə də, Senat 1,37 milyard dollar ayırıb.

MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər