2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçiriləcək

Mobil operator* şirkəti, “”Innoland”” Inkubasiya və Akselerasiya Mərkəzi və Waves Platforması Bakı şəhərində keçiriləcək “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması barədə məlumat sessiyası keçirib.

Banker.az bildirir ki, tədbir zamanı 8-9 mart tarixlərində “Innoland” mərkəzində keçiriləcək “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışmasında iştirak etmək istəyən startapçı və developerlərə yarışma haqqında ətraflı məlumat verilib. Blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçiriləcək bu hackathon sayəsində yerli startap və developerlər bu texnologiyadan öz layihələrində daha geniş şəkildə istifadənin yollarını öyrənəcəklər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkəzləşdirilməmiş qlobal platforma olan Waves Platformasından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Yarışmanın ümumi hədiyyə fondu 500 Waves tokendən ibarətdir.

Qeyd edək ki, hal hazırda 1 Waves tokeni təxminən 2.6 dollara bərabərdir. Xatırladaq ki, keçən ilin sonunda Mobil operator şirkəti ilə “”Innoland”” Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

*Bakcell

Son xəbərlər
Digər xəbərlər