9 C
Baku
Thursday, December 12, 2024

6 il ərzində Rusiyada 610 bank bağlanıb

2013-2018-ci illəri əhatə edən 6 il ərzində Rusiyada 610 bank bağlanıb. 

 Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir. 

Məlumatda deyilir ki, 2013-cü ilin əvvəlinə ölkədə 1 094 bank olub. Bu rəqəm 2019-ci ilin əvvəlinə 484 təşkil edib. Təkcə 2018-ci ildə Rusiyada 58, bu ilin yanvar ayında isə daha 5 bank bağlanıb və fevralın 1-nə bankların sayı 479-a düşüb. 

Bank sektorundakı vəziyyəti monitorinq edən Prezidenti yanında Xalq Təsərrüfatı Akademiyası və Dövlət Xidmətinin (RANQXiQS) eksperti Mixail Xromov bildirib ki, bankların sayının kəskin azalması Rusiya Bankının (Mərkəzi Bankın) bank sektorunda aktiv təmizləmə siyasəti ilə bağlıdır: “Bu müddət ərzində bank əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 400-dən artıq lisenziya geri çağırılıb”.

Ekspertin fikrincə, 2014-cü il Rusiyanın bank sektoru üçün dönüş nöqtəsi olub: “Həmin ilin sonlarından Mərkəzi Bankın, tənzimləyicinin tələblərini yerinə yetirməyən kredit təşkilatlarının bank bazarından ıxarılması ilə bağlı siyasəti Rusiya iqtisadiyyatındakı vəziyyətin pisləşməsi və iri Rusiya banklarına qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsi ilə üst-üstə düşüb. Məhz, 2014-cü ildən lisenziyaların geri çağırılmasının intensivliyi artıb. 2013-cü ildə ilk sansiyaların tətbiq edildiyi vaxtlarda ay ərzində 4-5 bank lisenziyadan məhrum edilirdisə, 2014-cü ildə lisenziyaların geri çağırılması tezliyi aylıq 7 kredit təşkilatına çatıb”.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatında və maliyyə sistemində böhranın, həmçinin lisenziyaların ləğv edilməsinin pik nöqtəsi 2015-2016-cı illərdə olub. Bu illər ərzində ayda orta hesabla 8 bank fəaliyyət göstərmək hüququndan məhrum edilib.

M.Xromovun hesablamalarına görə, 2016-cı ildə iki rekord qeydə alınıb: “Birincisi, il ərzində geri çağırılan bank lisenziyalarının sayı 97-yə çatıb. İkincisi isə lisenziyası geri çağırılan bankların ümumi aktivlərində maksimum rəqəm əldə edilib: 1,7 trln. rubl və yaxud bank sektorunun aktivlərinin 2%-i qədər”. 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər