10 C
Baku
Tuesday, November 26, 2024

Fitch Azərbaycanın stabil reytinqini təsdiqlədi

Ölkədə neft hasilatı qarşıdakı 5 il ərzində stabil olacaq.

Fitch Ratings beynəlxalq agentlik Azərbaycanın reytinqinin əvvəlki səviyyədə olduğunu təsdiqlədi.

Bu əsasən Fitch agentliyinin ölkədə neft hasilatının ən azı 5 il müddətinə stabil qalacağına olan ümidlərini əks etdirir.

2013-cü il üçün neft hasilatı 0,3% artıb, bu isə 2010-cu ildən bəri kəskin azalmanı dayandırıb.

Agentliyin proqnozlarına əsasən Azərbaycanda yeni neft yataqlarının açılması BP və hökumətin rəhbərliyi altında bağlanmış sazişin vaxtının uzadılmasını və produktivliyin düşməsinin nəticələrini bir az yüngülləşdirə bilər.

Təbii qazın ixrac perspektivləri, “Şahdəniz-2” qaz layihəsində maraqlı tərəflərin seçilməsindən sonra müəyyənləşdirildi.

Fitch hesab edir ki, hökumət ümumilikdə 2014-cü il üçün nəzərdə tutulan büdcəyə əsaslanır.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər