6 C
Baku
Sunday, December 15, 2024

Tesla mağazalarının çox hissəsini bağlayır və Model 3-ün qiymətini azaldır

Tesla pərakəndə satış mağazalarının “bir çoxunu” bağlayacaq və işçilərin bir hissəsini işdən çıxaracaq. Təxminən 130 dənə ticarət nöqtələrindən bəziləri avtomobilləri nümayiş etdirmək məqsədilə qalereyalar, məlumat və xidmət mərkəzləri kimi işə davam edəcəklər.

Tesla onlayn satışlara üstünlük verəcəkdir: şirkət tezliklə müştərilərin avtomobilin sifarişini bir dəqiqədən az müddətdə sifariş edə biləcəklərini vəd edir.

Əlbəttə ki, onlayn alış-verişin də özünəməxsus mənfi cəhətləri var. Belə ki, bu halda müştərilər aldıqları avtomobili test edə bilməyəcəklər, lakin şirkət bunu da nəzərə alıb. Tesla geri qaytarma siyasətini dəyişib: avtomobili aldıqdan sonra, sizə 1609 km məsafə sürmək və bir həftə müddətində məhsulu geri qaytarmaq imkanı təqdim edilir.

Şirkət həmçinin satış və marketinq xərclərini də azaldacaq – bunların hamısı Tesla avtomobillərinin qiymətini təxminən 6% azaltmağa imkan verəcəkdir.

İlon Musk, şirkətin 2019-cu ilin ilk rübündə mənfəət əldə edə bilməyəcəyini söyləyib. Bu xəbərin fonunda Tesla səhmləri hərraclardan sonra 3.2% düşüb.

Son xəbərlər
Digər xəbərlər