“Güman edirəm ki, bu işin böyük bir hissəsi görülüb. Biz banklardan iki ay ərzdində bütün informasiyanı almışıq. Bu problem kifayət qədər formallaşdırılıb və baza var. Bu işin son informasiyanın dəqiləşdirilmədir və siayhiların tərtib edilməsidir”.
Banker.az xəbər verir ki, bu barədə Elman Rüstəmov Real TV-yə problemli kreditlərlə bağlı şərhində bildirib.
Rüstəmov şərh edərkən bu işdə əhalini bu problemli kreditlərin qaytarılmasında siyahıların tərtib edilməsinə görə aktiv olaraq iştirak etməsi ilə bağlı çağırış edib. Eləcə də bunun bank sektoruna da aid edib və bu məsələnin həssas yanaşılmasına çağırış edib.
“Yəqin ki, çox kütləvi axın müraciət və ya axın olacaq. Buna görə bu işlə məşqul olan bir komitə yaratmaq lazım olmalıdır. Növbələrin yaranmaması üçün elektron qaydalardan istifadə edilsin. Bu işi lazımsız həyacan yaratmadan görülməlidir”, deyə Baş bankir bildirib.