9 C
Baku
Thursday, December 12, 2024

MOODY’S Unibankın reytinqini açıqlayıb

«Moody’s Investors Service» Beynəlxalq agentliyi «Unibank» ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını «pozitiv»ə qədər yüksəldərək, bir daha Bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik «E+» səviyyəsində dəyərləndirib.

Beynəlxalq agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb, bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, Unibank son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub. Çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və pərakəndə müştərilərin françayzinqinin aktivliyi Moody’s agentliyinin Unibankla bağlı reytinq proqnozlarının “stabil”dən “pozitiv”ə yüksəltməsinə səbəb olub. «Moody’s» ekspertləri təsdiq edirlər ki, Bank reytinqinin daha da yüksəlməsi imkanları, gələcəkdə əsas maliyyə göstəricilərini davamlı yaxşılaşdırmaq iqtidarında olmasından asılıdır.

Xatırladaq ki, bu günlərdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də “Unibank” KB ASC-nin uzunmüddətli reytinqini B «stabil» səviyyəsindən B «pozitiv»ə yüksəldib.

Son xəbərlər
Digər xəbərlər