16 C
Baku
Monday, April 29, 2024

“Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır

“Facebook” şirkəti məxfi layihə çərçivəsində steyblkoin adlı kriptovalyutanın yaradılması üzərində işləyir.

3dnews.ru saytı The New York Times nəşrinə istinadən xəbər verir ki, steyblkoin WhatsApp istifadəçiləri üçün dostlar və qohumlara ani köçürmə etmək imkanı yaradacaq.

Bildirilir ki, steyblkoin ABŞ dolları və digər dayanıqlı valyutaların məzənnəsinə bağlı olan rəqəmsal valyuta növüdür.

Qeyd olunur ki, layihə artıq xeyli irəliləyib, çünki “Facebook” kriptovalyuta birjaları ilə steyblkoinin satışına dair danışıqlar aparıb.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər