“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının 2-ci hissəsi dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:”
Sıra | Aylıq vəzifə maaşının məbləği | 2004-cü il | 2019-cü il | Dəyişmə |
№-si | (manatla) | |||
1 | Ali kateqoriya dövlət orqanlarında | 195 | 220 | 12.82% |
2 | 1-ci kateqoriya dövlət orqanlarında | 185 | 210 | 13.51% |
3 | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 175 | 200 | 14.29% |
4 | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 145 | 180 | 24.14% |