Nazirlər Kabineti “Gömrük ekspertizasının aparılması Qaydaları”na dəyişiklikləri təsdiq edib.
Banker.az xəbər verir ki, dəyişiklik Baş nazir Novruz Məmmədovun qərarı ilə təsdiq edilib.
Qərara görə, gömrük eksperti qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edə bilər.
Bundan əvvəl təqdim edilmiş materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasının aparılmasından imtina edilməsi mümkün idi.