Bakı-Yalta-Bakı və Bakı-Samara-Bakı reysləri yenidən sərnişinlərin ixtiyarına verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) verilən məlumata görə, Bakı-Yalta reysi hər həftənin bazar ertəsi günü yerli vaxtla saat 11:00-da, Yalta-Bakı istiqaməti üzrə reys isə şənbə günü saat 15:00-da hərəkət edəcək. Bu reys Kerç, Feodosiya və Simferopol şəhərlərindən keçərək Yaltaya gedəcək. Biletin bir istiqamət üzrə qiyməti 100 manat təşkil edir.
Bakı-Samara reysi həftənin cümə günü yerli vaxtla saat 11:00-da, Samara-Bakı istiqaməti üzrə reys isə cümə axşamı saat 12:00-da yola düşəcək. Bu reys üzrə hərəkət edən avtobus Volqoqrad, Saratov və Balakov şəhərlərini keçməklə Samaraya gedəcək. Biletin bir istiqamət üzrə qiyməti 90 manatdır.
Qeyd edək ki, sərnişinlər biletləri əvvəlcədən Bakı Beynəlxalq Avtovağzalının satış kassalarından və “avtovagzal.az”saytına daxil olaraq, onlayn qaydada əldə edə bilərlər.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə ( sənəd təqdim edilməklə) biletin qiymətinin 50 faizi ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Mənbə: Qafqazinfo