Böyük Britaniyada İİV xəstəliyin müalicəsi mümkün olmuşdur, bu, tarixdə rast gəlinən ikinci haldır.
İİV xəstəliyindən əziyyət çəkən orta yaşlı bir pasient, donordan alınmış sümük iliyinin nəqlindən sonra bu xəstəlikdən qurtula bilmişdir, bu haqda The Guardian yazır.
Əməliyyatdan demək olar ki, üç il sonra götürülmüş analizlər nəticəsində İİV-infeksiya aşkar edilməyib.
Oxşar bir hal 2007-ci ildə Almaniyada müşahidə olunub.