Avtobusun enerji ehtiyatı 25 kilometrdir və 6 dəqiqəyə tam enerji yığır
Sinqapurda sürücüsüz elektrikli avtobus təqdim edilib.
80 nəfər üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi Volvo avtokonserni və Nanyan texnoloji universiteti tərəfindən istehsal edilib.
Avtobusun testi xüsusi poliqonda keçirilib. Yaxın aylarda onlar yollarda fəaliyyətə başlayacaq. İstehsalçılar avtobusu dünyada ilk belə texniki vasitə adlandırırlar. Avtobusun uzunluğu 12 metrdir. Enerji ehtiyatı 25 kilometrdir və 6 dəqiqəyə tam enerji yığır. Bununla yanaşı avtobus xüsusi sensorlar və üç ölçülü kameralarla təchiz edilmiş CPS sistemlə təmin edilib. Nəqliyyat vasitəsinin yaxın iki ildə Sinqapurun bir neçə rayonuna sərnişin daşıması planlaşdırılır.
Read more: https://sputnik.az/life/20190306/419694172/surucusuz-elektrikli-avtobus-istifadeye-verilecek.html